Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın dövlət başçısı Fransanın “iTele” telekanalına deyib.
“Düşünürəm ki, Ukraynanın NATO-ya üzv olmaq məsələsini xalq həll etməlidir. Çünki söhbət mühüm və fundamental məsələdən gedir. Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək”, P.Poroşenko qeyd edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.