banner
banner

Sosİal

Azərbaycanda hazırda yoluxmanın neçənci dalğasıdır? - Həkimdən açıqlama

Azərbaycanda hazırda yoluxmanın neçənci dalğasıdır?

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyətin hazırda 3-cü dalğa olub-olmadığını demək üçün yoluxma sayı əvvəlcə barmaqla sayıla biləcək qədər azalmalı və xəstəlik yox olmalıdır, ondan sonra isə xəstələnmə hallarının yenidən artımı müşahidə edilməlidir.

Bunu Trend-ə həkim-infeksionist Vüsalə Nursoy deyib.

Onun sözlərinə görə, amma Azərbaycanda hələ belə vəziyyət yaranmayıb:

"Rəqəmlər aşağı enir, amma yox olmur. Buna görə də biz buna dalğa deyə bilmərik. Sadəcə yoluxma sayında dalğalanmalar görürük. Yoluxma sayı gah artır, gah da azalır. Bu da gözlədiyimiz bir vəziyyətdir".

V.Nursoy əlavə edib ki, vaksinləşmə əhalinin orta hesabla 70 faizini əhatə edənə qədər yoluxmada belə vəziyyətin yaranması çox normaldır.

Hazırda bütün dünya, o cümlədən Azərbaycan da bu vəziyyəti yaşayır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.