Aktrisa Zehra Yılmazın hazırda karyerasına Böyük Britaniyada adavam edən Türkiyəli futbolçu Çağlar Söyüncü ilə eşq yaşadığı deyilir.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, cütlük ortaq dostları sayəsində tanış olub. Onlar İnstaqram sosial şəbəkəsində də bir-birilərini izləməyə başlayıblar.
Qeyd edək ki, bir müddət əvvəl nişanlısı Cem Belevidən ayrılan Zehra, uzun müddət həyatında kimsənin olmayacağını açıqlamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.