banner
banner

Sosİal

Məktəblər ilin sonunadək bağlı qalacaq? - RƏSMİ AÇIQLAMA

Məktəblər ilin sonunadək bağlı qalacaq?

Məktəblərin yenidən əyani təhsilə keçəcəyi tarix böyük maraqla gözlənilir. Yoluxma sayı azalmağa doğru gedərsə, məktəblərin yenidən açılacağı mövzusu valideynləri maraqlandıran əsas məsələrdən biridir.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə gedən müzakirələr zamanı məktəblərin yay tətilindən sonra açılacağı iddia edilib.

İddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov münasibət bildirib: "Bəzən media qurumlarında görürük ki, ilin sonuna qədər məktəblər bağlı qalacaq. Bu, belə deyil. Növbəti müddət ərzində yoluxmanın statistik göstəricilərinə uyğun olaraq müvafiq qərarlar verilə bilər".

C.Valehov əlavə edib ki, əgər digər bölgələrdə də müvafiq olaraq hər hansı yoluxma hallarının daha çox olduğu müşahidə edilərsə, distant təhsilə keçməklə bağlı qərarlar həmin təhsil müəssisələri üçün də verilə bilər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.