banner
banner

Gündəm

DGK yeni statistika portalını təqdim edib

DGK yeni statistika portalını təqdim edib

Dövlət Gömrük Komitəsi (DGK) gömrük statistikasını müasir tələblərə uyğun vizual olaraq təqdim etmək üçün yeni portal hazırlayıb.

Trend-in məlumatına görə, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov "Ticarət Statistikası Portalı"nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, DGK sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirir:

"Bu portal xarici iqtisadi fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək. "Ticarət Statistikası Portalı" həm də kölgə iqtisadiyyatının ləğv edilməsinə kömək edəcək və təqdim olunan xidmətlərin keyfiyyətinin artırılmasında vacib rol oynayacaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.