banner
banner

Sosİal

İntiharlar niyə gəncləşir, real səbəblər nədir - ekspertlərdən açıqlama

İntiharlar niyə gəncləşir, real səbəblər nədir - ekspertlərdən açıqlama

Mətbuat yazır, mütəxəssislər həyəcan təbili çalır - vəziyyət düzəlmir

Son bir neçə gündə ölkədə gənclərin intiharları artıb. Dünən Gədəbəy rayonunda 16 yaşlı oğlan intihar edib. Hadisə rayonun Pərizamanlı kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Şöhrət Vüqar oğlu İbrahimov yaşadığı evin həyətində özünü asıb.

Bir neçə gün əvvəl isə Sumqayıtda intihar hadisəsi baş verib. Hadisə şəhərin 17-ci mikrorayonu, ev 45-də qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan təxminən 17-20 yaşlarında qız özünü 9-cu mərtəbədən atıb. İntiharın səbəbləri bilinmir.

Bu cür hallar gündən-günə artır və artıq intiharlar pandemiya dönəminin yad təsiri kimi də qiymətləndirilir. Əslində nə baş verir? Bu artım təkcə Azərbaycana xas durum ola bilərmi?

İntihar edən bir nəfər 135 nəfər üzərində sarsıdıcı təsir yaradır

Statistikaya görə, hər 40 saniyədə bir insan öz həyatına son verir. Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il 800 min nəfər insan intihar edərək, həyatını itirir, eyni zamanda intihar 15-29 yaş arası gənclərdə yol qəzalarından sonra ən çox görülən ikinci ölüm səbəbidir.

Keçən il ABŞ-da yayımlanan bir araşdırmaya görə, intihar edən tək bir nəfər 135 nəfər üzərində sarsıdıcı bir təsir yaradır. Ancaq bu statistikalara baxmayaraq, intihar lazım olduğu qədər ələ alınan və diqqət çəkilən bir mövzu deyil.

“Kentucky” Universitetindən həkim Culia Cerel deyir ki,  intihar edən insana özünü yaxın hiss edənlər üzərində bu hadisənin yaratdığı psixiatrik təsir çox daha ağırdır.

Ölkədə intiharlar niyə artır? - `800-dən çox səbəb

BBC Türkcə intiharla bağlı düşüncələri olan biri ilə necə danışmaq lazım gəldiyini araşdırıb. “Yeni Müsavat” bu araşdırmaların nəticəsini təqdim edir.

İttiham etmədən dinləmək lazımdır

Əqli sağlamlıq məsələləri üzərində çalışan bir sosial yardım qurumu olan “Rethink”in sözçüsü Emma Kerrinqton intiharla bağlı danışıqların doğru və ya yanlış bir yolu olmadığını, vacib məsələnin bu mövzu ilə bağlı danışmaq olduğunu vurğulayır.

Kerrinqton deyib ki, “İlk növbədə bunun çətin bir danışıq olduğunun fərqinə varmalıyıq. Bunlar hər gün etdiyimiz söhbətlər deyil. Bu səbəbdən də təbii ki, gərgin olacaqsınız və bunda da bir problem yoxdur. Vəziyyəti daha pis həddə çatdıra bilməzsiniz. Çünki onsuz da bu, pis bir durumdur. Vacib olan odur ki, ittiham etmədən dinləyəsiniz”.

İngiltərədə intihara qarşı mübarizə aparan yardım təşkilatı Samaritans intihar etməyə meyilli biri ilə danışarkən aşağıdakılara diqqət edilməsinin vacibliyini deyir:

- Danışacağınız şəxsin rahat edəcəyi səssiz bir yer seçin.

- İkinizin də danışmaq üçün lazımi qədər vaxtı olduğundan əmin olun.

- Yanlış bir şey desəniz, panikaya düşməyin, özünüzə çox yüklənməyin.

- Qarşınızdakı şəxsə fokuslanın, göz əlaqəsi qurun, telefonunuzu kənara qoyun və bütün diqqətinizi verin.

- Səbirli olun. Bir insanın öz dərdini sizə deməsi vaxt ala bilər.

- Hə və ya yox cavablarına ehtiyac duyan suallardan daha çox uzun cavab tələb edən suallar verin. Qarşı tərəfin sizi anladığını yoxlayın.

- Danışan adamın sözünü kəsməyin və ya bir çıxış yolu təklif etməyin. Digər insanın necə hiss etməsi ilə bağlı öz fikirlərinizi irəli sürməyin.

- Professional bir dəstək aldıqlarından əmin olun.

Ümumdünya Səhiyyə Təşkilarının 2016-cı il rəqəmlərinə görə, kişilər arasında intihar faizi daha yüksəkdir.

Hər 100 min kişidən 13.5 faizi, hər 100 min qadınlar 7.7-si dünya miqyasında intihar edir.

Türkiyədə bənzər statistikaya görə, kişilərdə intihar faizi hər 100 min kişidə 11,3 ikən qadınlarda 3,2-dir.

İntiharila depressiya və spirtli içkidən istifadə kimi əqli sağlamlığı ilə bağlı problemlər arasında bir əlaqə müşahidə olunsa da, çox sayda intiharın stress, maliyyə problemi, ayrılıq, xroniki bir ağrı ya xəstəlik kimi kriz anlarında meydana gəldiyi qeyd edilir.

Meqapolislərdə intihar faizi yüksək olduğu halda, cəmiyyətin əsasən ayrı-seçkiliyə məruz qalan kəsimləri - qaçqın, LGBT və məhkumlar kimi daha meylli ola bilir.

İntiharlar nasıl önlenir? Toplum ve medya ne yapma.. | e-Psikiyatri

Ümumdünya Səhiyyə Təşkilatına görə, çatışma sahələrində yaşayan, fəlakətlərə, şiddətə, təcavüzə, itkiyə məruz qalan insanlar da riskli qruplar arasında sayılır.

Karrington deyib ki, bir insanın çevrəsində insanlar olsa da, özünü yalnız hiss edə bilər. Bu insanlar dəstək görə bilmədikləri zaman özlərini saxlaya bilmirlər.

İntiharın qarşısını hökumət ala bilər - amma necə?

Ümumdünya Səhiyyə Təşkilarına görə, intiharların qarşısının alınması üçün hökumətin üzərinə düşən vəzifələr də var.

- Tabuları aradan qaldırıb, mövzu ilə bağlı danışmaq. Gənclərin həyatın gətirdiyi stress qaynaqları ilə mübarizə apara bilməsi üçün xüsusən məktəblərdə tədris vermək.

- Səhiyyə işçilərinin intihara meylli hərəkətləri müəyyən etməsi və hərəkətə keçməsi üçün təhsil vermək.

- Riskli olan insanları müəyyənləşdirərək, uzun bir müddət boyunca onlarla ünsiyyətdə olmaq.

- Ölümcül vasitələrə çatımlılığı məhdudlaşdırmaq.

Mətbuat intihardan yaza bilər, amma necə..?

Bəs mətbuat bu məsələlərdə, bu sayaq xəbərlərin yayılmasında hansı taktika ilə çıxış etməli, hansı məntiqi əsas götürməlidir? Mətbuat Şurasının sədri Əflatun Amaşov daha öncə bildirib ki, bəzən intihar hadisəsi ilə bağlı bilgilər kütləvi informasiya vasitələrinə sosial şəbəkələrdən daxil olur. Kimsə intihar anını əks etdirən videonu çəkir və özünün tutalım, facebook səhifəsində paylaşır. Media orqanlarının məsələyə münasibəti iki cür olur. Bir qrup heç nəyə baxmadan, hadisənin, nə vaxt, harada baş verməsinə fikir vermədən onu yayımlayır. İkinci qrup isə dəqiqləşdirmə aparmaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət edir: “Birinci hal, əlbəttə, tam yolverilməzdir, peşə etikasına birbaşa ziddir. İkinci halda isə media üçün əsas olan intiharın motivində ictimai əhəmiyyət daşıyan olayın, məsələn, hansısa vəzifəli şəxsin və ya yüksək rütbəli məmurun hərəkətinin, ümumən məişət müstəvisindən uzaq davranışın olub-olmadığını müəyyənləşdirməkdir. Yəni demirəm ki, media intihardan, ümumiyyətlə, yazmamalıdır. Ola bilər ki, yazılmaması pisdir. Bəlkə yazılmaması hansısa cinayətin ört-basdır edilməsidir?!

Əflatun Amaşov cəbhə jurnalistlərinə müraciət etdi: Hərbi forma geyinməyin!  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Əflatun Amaşov

Deməli, media faktı dəqiqləşdirmək üçün müvafiq dövlət qurumuna üz tutmalıdır. Məhz bu məqamda media və dövlət əməkdaşlığı özünü göstərməlidir. Məlumatlı tərəf olan dövlət qurumu intihar faktı varsa, təsdiqləməlidir. Ancaq bu təsdiqləmə heç də o anlama gəlməməlidir ki, media onun barəsində yazmalıdır. Hər iki tərəf müştərək şəkildə qərar verməlidir - yuxarıda bildirdiyimiz kimi, bu intihar hadisəsi ilə bağlı bilginin informasiya kimi yayılması cəmiyyətə nə verəcək? Burada elə bir məqam varmı ki, məsələni məişət müstəvisindən çıxarsın? Əgər yoxdursa, demək ki, bilginin informasiya olaraq cəmiyyətə çatmaq hüququ da yoxdur. Bunlar ciddi şəkildə nəzərə alınmalıdır".

Azərbaycanda dəhşətli və müəmmalı intiharlar…

Ə.Amaşov eyni zamanda “nəyə görə intiharlarla bağlı məlumatların geniş topluma çatması mənfi tendensiyadır?” sualını da cavablandırıb: “Güman etmirəm ki, bunu ayrılıqda uzun-uzadı izah etməyə ehtiyac var. Hərçənd əvvəldə yazdıqlarım müəyyən mənada onun da izahı idi. Bəs əsas məsələ nədir? Əsas məsələ odur ki, intihar xəbərlərinin bolluğu intiharı adiləşdirir. Buna qarşı ictimai müqavimət get-gedə əhəmiyyətsiz hal alır. Hər kəs düşünür ki, intihar hansısa problemdən çıxış yoludur və ya hansısa problemə adekvat münasibət formasıdır. Nəticədə belə düşüncənin şüurlarda möhkəmlənmə riski yaranır. İctimai missiya daşıyan media üçün vacib məqam məhz bu təhlükəni görmək və qarşısını almaqdır. Eyni missiya dövlət üçün də vacibdir. Hər intihar xəbərini yaymaq media üçün məlumatlılıq göstəricisi sayılmadığı kimi, bununla əlaqədar ilk mənbə rolunda çıxış etmək də dövlət qurumu üçün informasiya açıqlığı göstəricisi sayıla bilməz.

İntihar etmək istəyəni yolundan  bu şəxslər döndərməlidir

Avstraliyanın keçmiş baş naziri Culia Gillardın rəhbərlik etdiyi “Beyond Blue” adında təşkilat intihar haqqında danışmağın intiharla bağlı fikirləri olan şəxslərə ümid aşılaya biləcəyini iddia edir.

Təşkilatın 3 min avstraliyalı ilə həyata keçirdiyi araşdırmaya görə, insanların yüzdə 30-u biri ilə intihar haqqında danışarsa, bu mövzu ilə bağlı yanlış fikirlər verə biləcəyini düşünür.

Eyni zamanda  sorğuda iştirak edənlərin yarıdan çoxu intiharla bağlı düşüncələri olanlara sadəcə peşəkarların yardım edə biləcəyinə inanır.

Keçmiş siyasətçi Gillard isə “Təhlükədə olan birinə dəstək verməsi üçün səhiyyə mütəxəssisi olmanız lazım deyil. Sadəcə, bu danışığı aparmağa hazır olmanız lazımdır” deyir.

Kerrington da peşəkar yardımın dərman və müalicəyə çatımlılığın təmin edilməsi üçün lazım olduğunu deyib, eyni zamanda intihar haqqında açıq şəkildə danışmağın bu mövzuda qərəzli olmadığınızı göstərəcəyini ifadə edir.

Bu durum qısa bir müddətdə qarşınızdakıların təhlükəsiz vəziyyətdə olmasını təmin edəcək. Bəlkə də “yox, mənim ağlımda belə bir şey yox idi” deyərək kəsib ata bilərlər. Amma bir çox insan üçün çox insan özünü pis hiss edirsə, bu, onların başlarının arxasındakı bir düşüncə ola bilər".

Kerrinqton eyni zamanda vurğulayır ki, haqqında qayğılandığınız şəxsə “bu gün özünü necə hiss etməsi ilə bağlı” sual vermək çox faydalıdır. Onun fikrincə, “bu gün” sözündəki vurğu sayəsində böyük suallarla qarşılaşmış olmayacaqlar.

Kerrinqtonun fikrincə, intiharı düşünən bir şəxs bu mövzu barədə özünü ifadə etmək üçün bununla bağlı bir neçə dəfə danışmalıdır.

İntiharlar artıyor: Ege Bölgesi'nde üç kişi yaşamına son verdi | A3 Haber

Fransada intiharla bağlı fərqli düşünürlər

Fransa  “Ümumdünya intihara qarşı mübarizə günü”nün qeyd edilməsinə qarşıdır. Ölkənin elm adamları hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis etdiyi bu aksiya mahiyyətcə intihar hallarının qarşısının alınmasına yönəlsə də, əks effekt verir,  “intihar yolunun mövcudluğunu” insanlara xatırlatmaqla ona  meyl yaradır. İntiharı dolayısı ilə təşviq edən vasitələr çox olduqca, özünəqəsd  hallarının sayı da artır. 2003-2014-cü illər aralığında Fransa Avropa məkanında “intihar hallarının ən yüksək olduğu ölkələrdən biri”  titulunu qazanıb. 2014-2018-ci illər aralığında isə Avropa ölkələri arasında özünəqəsd  hallarının çox olduğu ilk 10-luqda yer tutur. Fransanın  İntihar Hallarının Müşahidəsi  üzrə Milli Mərkəzinin  (“ONS”)  2017-ci ildə keçirdiyi sorğu nəticəsində bəlli olub ki, ölkə əhalisinin 7 faizindən çoxu, yəni təxminən üç milyon insan, həyatlarını sona çatdırmağı düşünürlər, təqribən 4 faiz isə buna baş tutmayan cəhdlər edib, tamamlanmamış intiharlar törədib.  Hazırda bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən illik intihar sayı 17,5 nəfərdir.  “French Center for Epidemiology”  (“CepiDcInserm”) hesablayıb ki, il ərzində  8,885-dən 9,000 nəfərədək fransız özünəqəsdin qurbanı olur, hər saatda bir fransız intihar edir.

Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında  avtomobil qəzaları ilə yanaşı gəlir.  İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbəblərindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43 göstərirlər. 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, yaşadığımız günlərdə hər 40 saniyədə bir insan özünə qəsd edir. Nəticə olaraq, ildə 1 milyon civarında insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır.

Hər il dünyada 1 milyon insan intihar edir və...

2015-ci ildə 499 nəfər, 2016-cı ildə 507 nəfər, 2017-ci ildə 498 nəfər, 2018-ci ildə 521 nəfər, 2019-cu ilin 7 ayında isə  316 nəfərin intihar hadisəsi qeydə alınıb.

Hər il Yer kürəsində 1 milyon adam intihar edir-Ümumdünya Səhiyyə Təşkilatı məlumat verir. Azərbaycanda intiharların rəsmi statistikası yoxdur, ancaq DİN-in bəyanatlarına görə, Azərbaycanda hər il 450-500-ə yaxın intihar baş verir.

İntiharlar müharibələrdən və qətllərdən daha çox insan tələfatına səbəb olur. Bunu Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri bildirib. Hər il dünyada 800 000-dən çox adam intihar edir. Hazırda hər 100 min nəfərdən 7-si özünə qəsd nəticəsində həyatını itirir. Hər 40 saniyədən bir kimsə intihar edir. Məlumata görə, təkcə 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatır və bunun da öz səbəbləri var. Dünya statistikasında bildirilir ki, ən yüksək intihar halları narkomanlar, əlillər, ruhi xəstələr, həmçinin xroniki alkoqolizmdən əziyyət çəkənlər arasında müşahidə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.