banner
banner

Sosİal

Məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA VİDEO

Məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA VİDEO

Yoluxma sayı azalarsa, ənənəvi təhsil bərpa edilə bilər.

CİA.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, ənənəvi təhsilə keçidin başlıca şərti yoluxma sayında ciddi azalmalara nail olmaqdır. Bu baş verərsə, ənənəvi təhsilin bərpa edilməsi müzakirəyə çıxarılacaq.

Ənənəvi təhsilin bərpası üçün təhsil işçiləri arasında vaksinasiyanın vacibliyindən danışan Mehriban Vəliyeva bu prosesin sürətlə davam etdiyini deyib. O, yaş həddi olmadan müəllimlərin vaksinasiya olunduğunu bildirib.

Mehriban Vəliyeva yoluxma sayının artdığı bu günlərdə distant təhsilə keçidin zərurət olduğunu vurğulayıb, uşaqların distant təhsildə iştirakının vacibliyini qeyd edib.

Qeyd edək ki, distant təhsilə keçməzdən əvvəl təkcə Bakı məktəblərində 1086 şagird və 695 müəllim virusa yoluxub. 739 şagird və 460 müəllim son 14 gün ərzində xəstələnib. Bu səbəbdən də paytaxt Bakı da daxil olmaqla bəzi şəhər və rayonlarda təhsilin distant formasına keçilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.