banner
banner

Sosİal

Koronavirusa yoluxmuş hamilələr nə etməlidir? - Həkimdən AÇIQLAMA

Koronavirusa yoluxmuş hamilələr nə etməlidir? -

Dünya ölkələrində koronavirus pandemiyasının geniş yayılması, COVID-19-a yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Azərbaycanda da hər gün yüzlərlə insan bu virusa yoluxur. Təbii ki, bu hal hamilələrdən də yan keçməyib. 

Mama-ginekoloq Ləman Əliyeva Oxu.Az-a bildirib ki, son zamanlar hamilələrin bu xəstəliyə yoluxmaları ilə bağlı müraciətlər çoxdur:

“Hamiləliyi yeni olanları ilk olaraq maraqlandıran məsələ prosesin sonlandırmaqla bağlı olur. Koronavirus keçirən xəstələrdə hamiləliyi sonlandırmağa heç bir ehtiyac yoxdur. İnsan orqanizmi immunitetindən asılı olaraq hamilələr xəstəliyi yüngül və ya ağır keçirə bilər. Biz hamilələrə, əsasən, vitaminlər təyin edirik.

Çox hallarda hamilələrə onlara venadaxili infuziya köçürülməsi ilə bağlı yanlış məlumatlar verirlər. Bu xəstəliyin müalicəsində hamilə qadınlara venadaxili infuziya sistem köçürmək olmaz. Hamilələr ancaq vitaminlər və orqanizmin immuniteti qaldıran dərmanlardan istifadə etməlidir. Eyni zamanda, hamilələr virus əleyhinə dərman qəbul etməməlidir”.

Həkim bildirib ki, xəstəliyin uşağa yan təsiri olmur:

“Bu, qorxulu hal deyil və uşaqda aşkarlanmır. Düzgün müalicə getdikdə, hamilə qadın özünü qoruduqda heç bir fəsad vermir. Uşağa ana südünün verilməsində xəstəlik əks göstəriş deyil. Hamilə qadında yanaşı gedən xəstəlik varsa, həmin şəxslər ciddi nəzarət altında olmalıdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.