Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Co Baydenə müraciət edib.
Bu barədə CNN məlumat yayıb. Məlumata əsasən, Ukrayna prezidenti ölkəsi ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. O, qeyd edib ki, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir.
Dövlət başçısı vurğulayıb ki, Ukraynanın daha çox pula, silaha və ən əsası, NATO-ya üzv olmaq üçün daha böyük dəstəyə ehtiyacı var.
“Əgər ABŞ bizi NATO-da görmək istəyirsə, bunu birbaşa deməli və sözlərinə əməl etməlidir”, - deyə Zelenski bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.