Vətən Müharibəsi iştirakçısı, kapitan Ziya Kazımovun səhhətində problem var.
CİA.AZ xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs səhhətində yaranmış problemlərə görə psixiatr Fuad Bəşirovun qəbulunda olub. Kapitanın həkim nəzarətində olması vacibdir.
Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi. Daha sonra isə ev dustaqlığına buraxıldı.
Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.
Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.