ABŞ prezidenti Barak Obamanın nənəsi Sara Ömər Məkkədə ümrə ziyarətinə gedəcək. ABŞ prezidentinin nənəsi ümrəyə oğlu Səid Obama və nəvəsi Musa Obama ilə yollanıb. Obamanın nənəsi Sara və onun ailəsi artıq Məkkədə Məhəmmədə peyğəmbərə (s.ə.s) həsr edilmiş sərgiyə baş çəkiblər. Nənə belə sərgilərin rolunu yüksək qiymətləndirib: "Mən çox şadam ki, bu sərgiyə baş çəkdik. Bu sərgi müasir dünyada İslamın yayılmasının çox gözəl nümunəsidir", - deyə ABŞ prezidentinin nənəsi danışıb. Sara Ömər ümid edir ki, sərgiyə baş çəkənlər müqəddəs İslam dini haqqında yanlış fikirlərdən uzaqlaşacaqlar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.