Litva prezidenti xanım Dalia Qribauskayte Moldovaya səfəri zamanı maraqlı açıqlamalar verib. O deyib ki, Moldova Rusiyaya qarşı dayana bilər. Belə ki, sabitlik və qanunun aliliyi Moldovanın Moskvanın təzyiqinə duruş gətirməsinə kömək edəcək. Kremlin tənqidçisi kimi tanınan xanım prezident sonra Azadlıq Radiosunun Moldova xidmətinə bildirib ki, korrupsiyaya uğramış bəzi oliqarxlar hökumətə, mediaya qarışıb, bu, istənilən dövlət üçün yaxşı hal deyil. Belə dövlətə iqtisadi sanksiyalarla təsir göstərmək çox asandır. Onun sözlərinə görə, Litvanın enerji sektoru son 25 ildə Moskvanın “böyük kampaniyalarına” məruz qalıb: "Qaz idxalı Rusiyanın "Qazprom" şirkətindən asılı olan Litva ötən il maye təbii qaz (LNG) terminalı tikib. Bu gün deyə bilərik ki, çox sağ olun, "Qazprom" bizə lazım deyil.”
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.