banner
banner

İdman

Rafael Ağayev Neymar və Lebron Ceymslə eyni siyahıda

Rafael Ağayev Neymar və Lebron Ceymslə eyni siyahıda

"Globoesporte" nəşri Tokio-2020-yə 100 gün qalmış yarışda iştirak edəcək 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.

Qol.az xəbər verir ki, bu ulduzlar arasında Azərbaycan karateçisi Rafael Ağayev də var. 5 qat dünya və 11 qat Avropa çempionu olan idmançımız siyahıda karate üzrə yer alan yeganə şəxsdir. Cədvəldə digər idman növlərindən də peşəkarlar var. Siyahıda PSJ-dən braziliyalı Neymar, ispaniyalı məşhur tennisçi Rafael Nadal, onun həmkarından isveçrəli Rocer Federer, serbiyalı Novak Cokoviç, ABŞ-dan Serena Uiliams, basketbolçular arasında Lebron Ceyms, ABŞ-dan 4 qat dünya çempionu gimnast Kristian Teylor, yamaykalı atlet, 6 Olimpiya medalının sahibi Şerri Ann Freyser və s. ulduzlar yer alıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqust tarixlərində baş tutmalı idi. Lakin koronavirus pandeiyasının geniş yayılması səbəbindən yarış bu il 23 iyul - 8 avqust aralığında keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.