Avropa Oyunlarında ölkəyə gələcək turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Milli Parkın ərazisi demək olar ki, hər gün daha da genişləndirilir, abadlaşdırılır. Geniş sahədə gəzintinin rahat və yorucu olmaması üçün ərazidə 3 marşurut xətti istifadəyə veriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, planlardan biri də Ağ Şəhərdən Bayıl bulvarına qədər bir maşurut xəttinin olmasıdır. Bunun üçün lazım olan qatarlar da yaxın günlərdə paytaxta gətiriləcək.
Bulvar ərazisindəki bütün obyektlərdə post terminallar quraşdırılacaq. Oyunlara qədər Dənizkənarı bulvardakı mühafizə xidmətinin bəzi işçiləri, eyni zamanda kafe və restoranlarda çalışanlar ingilis dili kurslarına cəlb olunacaq. Onlar xarici qonaqlarala rahat ünsiyyət qurmaq üçün dil biliklərinə yiyələnəcəklər.
Avropa Oyunlarınadək Bulvar ərazisindəki katerlərdə, obyektlərdə pulsuz internet quraşdırılacaq ki, yerli əhali eləcə də turistlər internetdən maneəsiz istifadə edə bilsinlər. Hazırda qurum bu istiqamətdə Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi ilə danışıqlar aparır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.