banner
banner

Gündəm

Paşinyan təcili Zəngəzura yola düşdü

Paşinyan təcili Zəngəzura yola düşdü

Ermənistan baş naziri Nikol Paşinyan Sünik bölgəsinə (Zəngəzur-red.) gizli səfər edib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, Paşinyanla yanaşı ABŞ-ın Ermənistandakı səfiri də Sünikdə olub.

"Nikol Paşinyan gözlənilmədən Sünikə gedib, gecə yarısı Qafana gələcək. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında görüş keçirməyə hazırlaşmasıdır. Maraqlıdır ki, "təsadüf" nəticəsində prezident Armen Sarkisyan da artıq bir neçə gündür Sünikdədir. Dünəndən bəri isə ABŞ səfiri Linn Treysi Sünikə gəlib. O, dünən Sisianın meri ilə görüşüb və müharibədən sonrakı dövrdə buradakı insanların durumu ilə maraqlanıb. Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır", - məlumatda qeyd olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.