banner
banner

Sosİal

Azərbaycanda karantin qadağaları ilə bağlı AÇIQLAMA - VİDEO

Azərbaycanda karantin qadağaları ilə bağlı AÇIQLAMA - VİDEO

"Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur".

Musavat.com xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

O bildirib ki, gündəlik yoluxma sayının 2000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:

“Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir. Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər”.

Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.