Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov istefası ilə bağlı danışıb. Kadırov bildirib ki, əgər lazım gələrsə, öz postumdan getməyə hazırdır. "Mən Ali Baş Komandanın piyadaçısıyam. Əgər mənə əmr verəcəklərsə, mən 100 faiz onu yerinə yetirəcəyəm. Getmək lazım olsa, gedəcəyəm, ölməyə hazıram" – deyə Kadırov vurğulayıb. O əlavə edib ki, yalançı vətənpərvərlər və liberal cənablar əhalini aldadır, onalr Qərbin xüsusi xidmət orqanlarına işləyirlər və hər şey edirlər ki, Rusiya ikinci Ukrayna olsun, amma heç vaxt bu olmayacaq. Qeyd edək ki, daha əvvəl Çeçenistan liderinin razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələrini yerindəcə güllələməyi əmr etməsi geniş rezonans doğurub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.