NBA klubu "Atlanta Havks"in uzun müddətdi gözlənilən satışı reallaşıb. Klubun sahiblərindən olan Brüs Levenson səhmlərini satıb. ABŞ mediasının məlumatına görə, o, milyarder Antoni Resslerlə anlaşıb. Brüs Levenson səhmlərini 850 milyon dollara satıb. 55 yaşlı Antoni Resslerin var-dövlətinin 1.5 milyard dəyərində olduğu deyilir. Qeyd edək ki, Brüs Levenson iki il öncə göndərdiyi bir irqçi e-mail məktubu ilə gündəmə gəlmişdi. Belə ki, o, klubun baş meneceri Danni Ferriyə məktub yazaraq "Atlanta Havks"in oyunu zamanı salonda çoх sayda qara dərili olduğunu bildirmiş və ağ dərili cənubluların rahat olması üçün onların sayını azaltmağı istəmişdi. Bu məktub üzə çıхandan sonra Brüs Levenson səhmlərini satacağını bildirmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.