banner
banner

Gündəm

Avtomobil alarkən diqqətli olun

Avtomobil alarkən diqqətli olun

Paytaxtda 15 vətəndaş avtomobil satışı ilə məşğul olan şirkət tərəfindən aldadıldığını iddia edir. Onlayn avtomobil satışı ilə məşğul olan şirkətdən avtomobil satın alan vətəndaşlar bir müddət sonra aldıqları maşının şirkət tərəfindən geri götürüldüyünü deyirlər. Qarşı tərəf isə ittihamları qəbul etmədiyini, tərəflər arasında imzalanmış müqaviləyə əsasən hərəkət etdiyini deyir. Bəs belə olan halda qanun nə deyir?

Onlar bir aydır ki, avtomobillərini geri ala bilmirlər.

Bir neçə vətəndaş onlayn avtomobil satışı ilə məşğul olan saytların birindən kreditə maşın alıblar. Lakin iddiaya görə, bu avtomobillər daha sonra həmin şirkətin sahibi tərəfindən geri alınıb.

Zərər çəkdiyini deyən şəxslərdən biri də Vəli Vəliyevdir. O, şirkətin rəhbəri Tural Rüstəmovdan ilkin ödəniş kimi 2 min manat verərək, 15 ay müddətinə hər ay 600 manat ödəməklə avtomobil alıb. Vəli Vəliyev iddia edir ki, o, avtomobili götürəndən bir neçə gün sonra təmir adıyla onu ustaya aparıb.

İndi nə avtomobilini, nə də pulunu geri ala bilmədiyini deyən Vəli Vəliyev dəfələrlə şirkətin rəhbərinə zəng etdiyini, lakin onun cavab vermədiyini bildirir. O, bir neçə rayondan şikayətçilərin olduğunu deyir.

Şikayətçilər arasında qazi də var. Aldadıldığını deyən Elşən Fətəliyev hətta ona satılan avtomobilin başqa bir şəxsə də satıldığını iddia edir.

İtirdiyi pulu geri almağa çalışan Elşən Fətəliyev şirkət sahibinin onun hesabına hissə-hissə pul göndərdiyini deyir.

Şirkətin rəhbəri Tural Rüstəmov isə ittihamların heç birini qəbul etmir.

Vəli Vəliyevlə bağlı məsələyə gəldikdə isə, Tural Rüstəmov ona verilən maşının əksər yerlərinin Vəli tərəfindən dəyişdirildiyini, bu səbəbdən maşının ondan alındığını və depozitin geri qaytarılmadığını deyir.

Bu tipli problemlərin həlli ilə bağlı hüquqşünas Anar Ramazanov bildirir ki, tərəflər arasında müqavilə imzalanıbsa, həmin müqaviləyə əsasən hərəkət edilməlidir.

Tural Rüstəmov onu da qeyd edir ki, o, avtomobili satmır, müəyyən şərtlərlə icarəyə verir. Ödəniş və tələblər tam yerinə yetirildikdən sonra bağlanan müqaviləyə əsasən həmin avtomobil onu icarəyə götürən şəxsin olur. Avtomobil üçün verilən depozitə gəldikdə isə, əgər avtomobil 3 ay ərzində geri qaytarılarsa, depozit geri verilmir. Yalnız kredit ödənişi tam bitdikdən sonra depozit geri qaytarılır. Bütün şərtlər də müqavilədə qeyd olunub və tərəflər buna razılıq verərək həmin müqaviləni imzalayıblar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.