Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrinə “soyqırımı” deməsinə cavab verdi. Davudoğlu bildirib ki, Olland və Putinin qondarma “soyqırımı” tədbirində iştirakı Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür. “Xarici işlər nazirimizlə görüşdüm. Lazımi bütün diplomatik addımlar atılacaq. Rusiya ilə Fransanın Ermənistanda olması isə Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür. Siyasi görüşümüz nə olursa olsun, bundan sonra hər bayramda görüşəcəyik. Biz hamımız eyni gəmidəyik. Öz kədərimizi sahibləndiyimiz kimi bütün xalqların acılarını da paylaşacağıq”. Türkiyə baş naziri Almaniya parlamentinin 1915-ci il hadisələri barədə qərarına kəskin etirazını bildirib:
“Merkellə telefonda danışdım. Müharibə vaxtı Osmanlı ilə Almaniya eyni tərəfdə olub. Bütün arxivlərimizi açmağa hazır olduğumuzu dedim. Almaniya parlamentinin hərəkətini qəbul etmək mümkün deyil. İqtisadi sanksiyalar da ola bilər. Bu istiqamətdə işə başladıq. Neçə ölkə rəhbəri Türkiyədə, neçəsi Ermənistanda? Onların sammiti nifrət, hiddət zirvəsi, bizimki sülh sammiti. Bizim əleyhimizdə olan yanaşma etimada kölgə düşürər. Türklər ləyaqətlərinə düşkün olmaqları ilə tanınırlar”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.