Keçmiş model Ketrin Macorqa futbolçu Kriştiano Ronaldonu ona təcavüzdə ittiham edərək 3 il əvvəl məhkəməyə verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ikili arasında uzun müddətdir davam edən məhkəmə prosesi ilə bağlı yeni xəbərlər yayılıb.
Belə ki, “The Sun” qəzetinin yaydığı məlumata görə, Macorqa Ronaldodan 56 milyon 500 min funt-sterlinq (133 milyon 995 min 400 manat) təzminat tələb edib. Bu məbləğ portuqaliyalı futbolçunun iki illik maaşıdır.
Qeyd edək ki, Kriştianonun bir neçə il əvvəl Las-Veqasdakı gecə klublarından birində tanış olduğu Ketrini otelə apararaq təcavüz etdiyi bildirilib. Model ertəsi gün təcavüzə uğraması ilə bağlı polisə şikayət etsə də, bunu edənin Ronaldo olduğunu uzun müddət hər kəsdən gizli saxlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.