Zəhərli maddələr gündəlik həyatımızda və yaşayış tərzimizdə demək olar ki, daima bizi təqib edir. Yeməklər, içkilər, hətta qəbul etdiyimiz hava vasitəsi ilə də bunlar orqanizmə asanlıqla daxil olur və yayılır. Nəticədə orqanizmdə bir sıra xəstəliklər baş qaldırır. Bəs, bədəni bu zəhərli maddələrdən necə təmizləmək olar?
Axşam.az xarici mətbuata istinadən, orqanizmi zəhərli maddələrdən təmizləməyin yollarını təqdim edir:
1.Bol su qəbul edin Su zərərli maddələrin təmizlənməsi üçün təbii qaynaqdır. Bu səbəbdən də nə qədər çox içsəniz, bədəndəki toksinlər sidiklə daha sürətli xaric olunar. Vücudunuzu təmizləməyə kömək edə biləcək su qarışımı da var: 1 litr suya 2 xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı gün ərzində qəbul edə bilərsiniz.
2.Təbii qidalarla qidalanın Təbii tərəvəz və meyvələrdə pestisid kimi toksin yoxdur. Bu qidalar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıracaq və bədəndən lazımsız zəhərli elementləri çıxarmaq üçün həzm sisteminin daha yaxşı işləməsinə kömək edəcəkdir.
3.Səhər qəhvə əvəzinə yaşıl çay için Qəhvədə, xolesterol səviyyəsini artıra bilən diterpenoid molekulu olan kafestol var. Bu səbəblə də xolesterol əmələ gəlməməsi üçün yaşıl çay və yaxud da hər hansı bir bitki çayı içməyə üstünlük verin.
4.Müəyyən vaxtlar oruc tutmağa çalışın Biz günün bəzi saatlarında yemək yeyirik. Qəbul etdiyimiz məhsulların çoxu işlənmiş qidalardır və şəkərdən ibarətdir. Bir-iki gün oruc tutmaq, iştahanı azaltmaqla yanaşı, zərərli maddələri bədəndən kənarlaşdıraraq sizi daha sağlam edə bilər.
5.Saunaya gedin və idman edin Tərləmək bədəni zəhərli maddələrdən təmizləmək üçün ən təbii yoldur. Nə qədər tərləsəniz, o qədər çox təmizlənərsiniz. Bunun üçün saunaya gedə bilərsiniz. Lakin səhhətində problem olanlar yüksək temperaturda qalmaq üçün əvvəl həkimlə məsləhətləşməlidir. Tərləməyin bir başqa yolu da idmandır. Sizə ən uyğun idman növünü seçərək bununla gündəlik məşğul ola bilərsiniz. Dərinizi tərdən və ölmüş hüceyrələrdə təmizləmək üçün daha sonra duş qəbul etməyi unutmayın!
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.