banner
banner

Sosİal

Güclü külək paytaxtda beş ağacı aşırıb - FOTO

Güclü külək paytaxtda beş ağacı aşırıb - FOTO

Güclü külək Bakıda fəsadlar yaradıb. 

Oxu.Az-ın məlumatına görə, paytaxtın Yasamal, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb. Ümumilikdə paytaxt ərazisində beş ağac aşıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar mövcud vəziyyətlə bağlı hadisə yerinə yollanıb:

“Paytaxt ərazisində gecə saatlarından müşahidə edilən güclü külək beş ağacı aşırıb. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.