Bakıda 108 ədəd binanın sakinləri köçürülür - RƏSMİ
Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur. Hazırda sözügedən binalarda köçürülmə işləri aparılır:
Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Rövşən Ağayev deyib. Onun sözlərinə görə, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur: "Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yarasız olması və insanların köçürülməsi barədə bizə artıq rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinətinə də artıq müraciət etmişik. Hazırda bu binalarda yaşayan şəxslərin köçürülməsi prosesi aparılır”.
Xatırladaq ki, bir neçə gün öncə Badamdar qəsəbəsində binanın üzlük daşının 14 yaşlı yeniyetmənin başına düşməsi nəticəsində bədbəxt hadisə baş verib. Həmin yeniyetmə bu gün dünyasını dəyişib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.