Müğənni Röya Ayxanın Avropa Oyunlarına dəstək və insanları idmana daha yaxın etmək üçün keçirilən “Baku 2015 Basketball Challenge”dəki basketbol atışı çağırışına ifaçı Sevda Yahyayevadan cavab gəlib.
Axşam.az-ın məlumatına görə, burada iştirakçılar yaradıcı basketbol atışları edib, eyni və ya daha yaxşı atışlar üçün estafeti başqalarına ötürürlər.
S.Yahyayeva estafeti Röyadan alıb və basketbol atışı edib.
O, videosunu sosial şəbəkədə paylaşaraq “Röyadan çağırışı qəbul edirəm və “Baku 2015 Basketball Challenge”ə mən də qoşuluram” sözlərini yazıb.
İfaçı estafeti həmkarı Zamiq Hüseynova, aparıcı Afaq Gəncəliyə və aktyor Elşən Orucova ötürüb.
Qeyd edək ki, Röya ilə yanaşı “challenge”ə əməkdar artist Tünzalə Ağayeva, müğənni Miri Yusif, aparıcı İlkin Həsəni, Hacı Nuran və başqaları da qoşulub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.