banner
banner

İdman

"Barselona" 14 futbolçusu ilə yolları ayırır

"Barselona" 14 futbolçusu ilə yolları ayırır

"Barselona" yayda heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 14-ə qədər futbolçunun klubdan ayrılma ehtimalını nəzərdən keçirir. Bu mövsümün sonunda "Barselona"nı tərk edə biləcək oyunçular arasında Neto, Samuel Umtiti, Cunior Firpo, Miralem Pyaniç, Mateus Fernandes, Martin Braytvayt, Filippe Koutinyo və başqaları var.

Klub ​​bu cür addımla maaşlara əhəmiyyətli dərəcədə qənaət etməyi və oyunçuları yaxşı qiymətə satmağı düşünür. Kataloniya təmsilçisi yeni qurulacaq heyətlə gələn mövsüm kuboklar üçün mübarizə apara biləcəyinə inanır.

Qeyd edək ki, "Barselona" İspaniya çempionatında hazırda 3-cü pillədə yer alıb. Komanda lider "Atletiko"dan 4 xal geri qalır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.