2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda daşınan sərnişin sayı açıqlanıb.
Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində ölkədə 355,8 milyon sərnişin daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşımalarında 11.3 faiz azalma müşahidə olunub.
Nəqliyyat sektorunda yük daşınmalarının həcmi isə 62,4 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 2.1 faiz azdır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.