banner
banner

Sosİal

Yol polisi rayonlara gedən sürücülərə müraciət etdi

Yol polisi rayonlara gedən sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baqş Dövlət Yol Polisi İdarəsi rayonlara gedən sürücülərə xəbərdarlıq edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar havaların isinməsi pandemiya şəraitində uzun müddət evdə qalmış vətəndaşların istirahət, gəzinti məqsədilə paytaxtdan rayonlara səfər etmələrinə zəmin yaratmışdır. Bu səbəbdən istər paytaxtdan bölgələrə, istərsə də əks istiqamətdə nəqliyyat axınının artması müşahidə edilir.

Avtomobil yollarında son vaxtlar baş vermiş yol-nəqliyyat hadisələri üzrə təhlil aparılarkən bir çox hallarda sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən, yorğun formada nəqliyyat vasitələrini idarə etmələrinin ağır nəticəli qəzalara səbəb olduğu müəyyən edilib. Hətta bəzən bu kimi vəziyyətlərdə avtomobilin idarə olunması nəticəsində eyni istiqamətdə qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin arxa hissəsinə, yol kənarında yerləşən maneələrə toxunulmaqla qəza baş verib ki, sürücü və ya sərnişinlər həlak olmuş yaxud müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edərək uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, tələskənliyə yol verməməyi, hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə avtomobili saxlayıb istirahət etməyi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunmasını xahiş edir.

 

Məlumat üçün bildiririk ki, respublikanın avtomobil yollarında olan bütün stasionar postlarda vətəndaşların əl-üzünü yuması, onların qısa müddət istirahət etməsi üçün müvafiq şərait yaradılıb.

Unutmaq olmaz ki, istirahət rejiminə əməl edilmədən, uzun müddət, fasiləsiz nəqliyyat vasitəsinin idarə olunması sürücülərin özləri ilə yanaşı avtomobildə olan sərnişinlər və digər hərəkət iştirakçıları üçün potensial təhlükədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.