Son vaxtlar bəzi bölgələrdən göbələk zəhərlənməsilə bağlı xəbərlər gəlməkdədir. Göbələk zəhərlənməsi hallarına daha çox Şəki-Zaqatala bölgəsində rast gəlinir. Elə ötən gün də 32 yaşlı Elsevər İsmayılov meşədən yığdığı göbələyin zəhərli olub-olmadığını bilmədən bişirərək yeyib. Kəskin mədə ağrıları və hərarətinin artdığını görən yaxınları onu dərhal xəstəxanaya çatdırıblar. Müayinəsi zamanı həkimlər onun göbələkdən zəhərləndiyini müəyyən ediblər. Onunu vəziyyəti ağır olduğu üçün Elsevər İsmayılov Bakıya gətirilib.
Ümumiyyətlə hər bir yeməli göbələyin zəhərli oxşarı olduğu üçün onların kor-təbii toplanması zəhərlənməni qaçılmaz edir. Çünki, zəhərli və yeməli göbələləri ayırmaq o qədər də asan olmur. Buna görə də mütəxəssislər sadə vətəndaşların ümumiyyətlə göbələk yığmasını məsləhət görmür. Şöbə müdiri İmran Abdullayev deyir ki, yabanı halda bitən göbələklərin toplanmasını qəbul etmir: “Çünki, hər an zəhərli göbələyin ora düşmə etimalı yüksəkdir. Ona görə də insan öz həyatını, eləcə də övladlarının həyatını risqə atmamalıdır. Əgər meyli göbələk çəkirsə, o zaman təsərrüfatlarda beçərilən – şampinyon və asılqan kimi göbələklər zəhərli deyil”.
Toplanan göbələklər arasında bir ədəd zəhərli göbələyin olması kifayət edir ki, orqanizmə mənfi təsir göstərsin. Çünki, zəhərli göbələklərin tərkibindəki toksiki maddələr hətta yüksək temperaturda belə parçalanmaya məruz qalmır. Orqanizmə daxil olan kimi fəsadların göstərir.
Həkimlərin sözlərinə görə, digər qida zəhərlənmələrindən fərqli olaraq göbələk zəhərlənməsinini əlamətləri daha kəskin olur.
"Göbələklə zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma, ishal və gözünün qarşısında ikiləşmə əlamətləri ilə başlayır. Əgər bu proses bədəndə çox davam edərsə, o zaman mərkəzi sinir sistemidə belə müəyyən dəyişikliklər yol aça bilər" - deyə həkim Arzu Musayeva qeyd edib.(ans tv)
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.