banner
banner

İdman

Bakıda daha bir beynəlxalq yarış start götürdü

Bakıda daha bir beynəlxalq yarış start götürdü

Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları start götürüb.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasındakı turnirin ilk günündə təsnifat, mayın 23-də isə final mərhələsi olacaq.

9-cu belə yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Yarışda 12 - 14 və 15 - 17 yaş qruplarında gimnastlar mübarizə aparır. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər.

Bununla yanaşı, 15 - 17 yaşlı idmançılar aero dans proqramında da qüvvələrini sınayacaq.

Mayın 23-dək davam edəcək turnirdə Azərbaycanı Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcək.

Qeyd edək ki, 2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutub. Mayın əvvəlində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku gerçəkləşib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.