banner
banner

Dünya

Rusiyada respondentlərin 57 faizi Putinə etibar edir

Rusiyada respondentlərin 57 faizi Putinə etibar edir

Respondentlərin 57 faizi Rusiya Prezidenti Vladimir Putinə etibar edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Rusiya İctimai Rəy Fondunun keçirdiyi sosioloji rəy sorğusunda müəyyən edilib.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 31 faizi Rusiya Prezidenti Vladimir Putinə etibar etmir, respondentlərin 11 faizi isə cavab verməyə çətinlik çəkdiklərini bildirib.

Sorğu mayın 14-16-dək 18 yaşdan yuxarı 3 000 respondent arasında Rusiyanın 73 subyektində 207 yaşayış məntəqəsində keçirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.