banner
banner

Gündəm

Deputatlar İran-Azərbaycan sərhədində baş verənlərdən danışdılar: “Məhv edilməlidir”

Deputatlar İran-Azərbaycan sərhədində baş verənlərdən danışdılar: “Məhv edilməlidir”

Milli Məclisin plenar iclasında İran-Azərbaycan sərhədində baş verən son hadisələrdən bəhs olunub.

Musavat.com xəbər verir ki, deputat Sahib Alıyev İran-Azərbaycan sərhədində baş verənlərdən danışıb. Dövlət sərhədimizin Yardımlı rayonu istiqamətində iki sərhədçimizin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər tərəfindən qətlə yetirildiyini deyən deputat sonradan cinayətkarlardan birinin məhv edildiyini xatırladıb. “Mən elə bilirəm ki, orada qətlə yetirilən cinayətkarla Qarabağda məhv edilən “hay”ların arasında heç bir fərq yoxdur”.

Deputat Musa Qasımlı da bildirib ki, Azərbaycanın dövlət sərhədini pozanlar kimliyindən asılı olmayaraq, məhv edilməlidir: “Sərhəd hər bir millətin və dövlətin namusudur, ona təcavüz edən istənilən şəxs ən sərt şəkildə cəzalanadırılmalıdır”.

M.Qasımlı Yardımlı istiqamətində sərhəddə iki hərbçimizin qəhrəmanlıqla həlak olduğunu təəssüflə vurğulayıb.

Qeyd edib ki, Azərbaycanın sərhədini pozan şəxslər saxlanılan zaman onlar İrana ekstradisiya olunur, ancaq sonradan onlar yenidən cinayət törədirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.