banner
banner

Sosİal

“Osmanlı” restoranı cərimələndi - TAM SİYAHI

“Osmanlı” restoranı cərimələndi - TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 423 ictimai iaşə obyektində 731 monitorinq keçirib.

AQTA-dan Musavat.com-a verilən məlumata görə, monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq pr., ev 7m ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nəsimi rayonu‎, Azadlıq pr., ev 86 ünvanında yerləşən, hüquqi şəxs "Melevan" MMC-yə məxsus kafe;

3. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Pənahova Rəna Hacıağa qızına məxsus kafe;

4. Bakı şəhəri, Yasamal ‎rayonu, Xəlilov küçəsi ilə M.H.Şəhriyar küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Surəyyaya məxsus kafe;

5. Bakı şəhəri, Binəqədi ‎rayonu, Mir Cəlal küçəsi 63A ünvanında yerləşən, fiziki şəxs Sanıyev Əli Nadir oğluna məxsus kafe;

6. Bakı şəhəri, Binəqədi ‎rayonu, S.Axundov küçəsi 31/33 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Heybət Musa oğluna məxsus çay evi;

7. Bakı şəhəri, Nəsimi rayonu‎, Cəlal küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus “Köhnə Ciyərxana” kafesi;

8. Bakı şəhəri, Nərimanov ‎rayonu, A.M.Cümə küçəsində yerləşən, fiziki şəxs Quliyev Tahir Maxsud oğluna məxsus “Osmanlı” restoranı;

9. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mehbaliyev Rövşən Pəhlivan oğluna məxsus dönər evi;

10. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Əhmədli Vətən Feyzulla oğluna məxsus restoran;

11. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Məmmədov Rafiq Nəzir oğluna məxsus çay evi;

12. Qazax rayonu, Xanlıqlar kəndində yerləşən, fiziki şəxs Əliyev Namiq Əsəd oğluna məxsus restoran;

13. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Şükürov Müseyib Bəkir oğluna məxsus çay evi;

14. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Siyavuş Qədim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.