Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı təkliflərlə çıxış edib. O, Şuşa şəhərinin ərazisində qoruq yaradılarkən bir sıra vacib məsələləri nəzərə almağı təklif edib: “Şuşaya yaxın olan ərazilər Şuşaya birləşdirilməlidir. Hesab edirəm ki, belə olarsa biz daha çevik idarəetməni tətbiq edə bilərik”.
Bundan əlavə, F.Mustafa qeyd edib ki, Tərtər rayonu ərazisinə yaxın ərazilər də bu rayona birləşdirilməlidir:
"Bundan sonra Xankəndi rayonu ərazisində olan bir ovuc separatçılar qalacaq ki, onlarla bağlı məsələləri həll etmək daha asan olacaq".
Deputat əlavə edib ki, Şuşa muzeylər şəhəridir: “Ancaq onun ən böyük simvolu Əhməd bəy Ağaoğludur. Şuşada onun irsi yaradılmalıdır. Biz bu şəhərə dünya brendinə çevriləcək şəhər kimi baxmalıyıq”.
F.Mustafa qeyd edib ki, Əhməd bəy Ağaoğlu kimi böyük mütəfəkkirin muzeyi yaradılarsa, Türkiyədən turist axını olar. O, həmçinin Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyevin ev muzeyinin yaradılmasını da təklif etdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.