Bu gün Çempionlar Liqasının 1/2 final mərhələsinin püşkatma mərasimi baş tutub. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə yarımfinalda qarşılaşacaq klublar müəyyənləşib. Belə ki, 1/2 final mərhələsində İspaniya təmsilçisi "Real Madrid" İtaliyanın "Yuventus" klubu ilə qarşılaşacaq. Digər İspaniya klubu "Barselona" isə almanların "qol maşını" "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, ilk oyunlar mayın 5/6 may tarixlərində, cavab oyunları isə 12/13 may tarixlərində keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.