Burak Yılmaz: "Bu gün qardaşlarımızla oynayacağıq"
"Azərbaycan bizə qardaş ölkədir. Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Burak Yılmaz mətbuat konfransında deyib.
36 yaşlı forvard bildirib ki, AVRO-2020-nin oyunlarının Bakıda olması onların üstünlüyüdür: "Bu, bizim üçün böyük şans olacaq. Azərbaycandakı azarkeşlərimizə salam göndərirəm. Oraya qələbə ilə getmək istəyirik".
Qeyd edək ki, Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb