banner
banner

Sosİal

Azərbaycan ən xoşbəxt ölkələr sırasında

Azərbaycan ən xoşbəxt ölkələr sırasında

BMT-nin “Davamlı inkişaf həlli şəbəkəsi” tərəfindən 2015-ci il üzrə dünya ölkələrin növbəti xoşbəxtlik indeksi açıqlanıb.
Dünya Xoşbəxtlik hesabatında Azərbaycan qonşuları Gürcüstan, Ermənistan və İranı qabaqlayaraq 158 ölkə arasında 80-ci yeri tutur. İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Ermənistan isə 127-ci yerdə gəlir. Türkiyə isə 76-cı yeri tutur.
Keçmiş sovet respublikalarından olan Özbəkistan siyahıda 44, Moldova 52, Qazaxıstan 54, Belarus 59, Rusiya 64,Türkmənistan 70, Qırğızıstan 77, Tacikistan 106, Ukrayna isə 111-ci yerdə qərarlaşıb.
Hesabata görə, 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir. Siyahıda ilk 10-luğa İsveçrə, İslandiya, Danimarka, Norveç, Kanada, Finlandiya, Niderland, İsveç, Yeni zelandiya və Avstraliya daxildir.
Siyahının sonunda isə Ruanda, Benin, Suriya, Burindi və Toqo gəlir.
Xatırladaq ki, araşdırma BMT-nin rəhbərliyi ilə Kolumbiya Universitetində fəaliyyət göstərən “Yer İnstitutu” tərəfindən aparılıb. Məqsəd dünya ölkələrinin və region sakinlərinin xoşbəxt həyatını təmin etmək üçün onların nailiyyətlərini göstərməkdir. Burada əsasən ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafı əks olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.