banner
banner

Dünya

İsraildə 11-ci prezident seçkiləri keçiriləcək

İsraildə 11-ci prezident seçkiləri keçiriləcək

İsrailin yeni prezidentinin seçkiləri Knessetdə (ölkə parlamenti) keçiriləcək. İyul ayının ilk ongünlüyündə seçilən namizəd Reuven Rivlini əvəz edəcək və Yəhudi dövlətinin 11-ci başçısı olacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə parlamentin mətbuat xidməti bildirib. İsrailin növbəti prezidentinə seçkilər 2 İyunda baş tutacaq. Məlumata əsasən, prezident seçkiləri Knesset plenumunda gizli səsvermə yolu ilə keçiriləcək.

Qarşıdakı seçkilərdə prezidentliyə iki namizəd var. Bu, İsrail üçün Yəhudi Agentliyi "Sokhnut" un 2018-ci ildən bəri rəhbəri olan İzhak Herzog və Miriam Peretzdir - ölkə tarixində ikinci qadın prezidentliyə namizəd, 2018-ci ildə "İsrail ruhunun gücləndirilməsinə" verdiyi töhfəyə görə nüfuzlu İsrail mükafatına layiq görülmüşdür.

Hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatır. Qanuna görə, xələfinin seçimi bu tarixdən ən geci 30 gün əvvəl keçirilməlidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.