banner
banner

Gündəm

Səmayə Məmmədova nazirlikdən ayrıldı - AÇIQLAMA

Səmayə Məmmədova nazirlikdən ayrıldı - AÇIQLAMA
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.
O bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu. Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.