Deputat “Əli və Nino”dakı kitab oğurluğundan danışdı
Milli Məclisin iclasında çıxış edən deputat Kamal Cəfərov əvvəlcə seçildiyi dairədə pulsuz hüquqi yardım göstərilməsindən danışıb, Vəkillər Kollegiyasının rəhbərliyinə və vəkillərə bu təşəbbüsdə yaxından iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Daha sonra o, “Əli və Nino” kitab şəbəkəsindən iki gəncin kitab oğurlaması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlardan bəhs edib.
Deputat bildirib ki, oğurluqda əmlakın dəyəri 100 AZN olarsa, bu məsuliyyət yaradır.
“Mən Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevə təşəkkür etmək istəyirəm ki, o, baş vermiş hadisədə inzibati məsuliyyətin olmadığı barədə qərar verib”.
Digər tərəfdən, deputat “Əli və Nino” şəbəkəsinin rəhbərinin nəzərinə çatdırıb ki, qanuna görə, çəkilişlər vətəndaşın razılığı əsasında aparıla bilər:
“Əslində, bununla inzibati xətanı Nigar xanım törədir. Məşhur bir deyim var, oğrular adətən kitab oğurlamır və kitab oxuyan da oğru olmur”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.