banner
banner

Gündəm

Reza Deqati: “Yaxınlığımda tapılan mina deyildi... ”

Reza Deqati: “Yaxınlığımda tapılan mina deyildi... ”

“Kəlbəcərdə səfərdə olarkən yaxınlığımda mina aşkar edilməsi məlumatı yanlışdır”.

Bu sözləri məşhur fotojurnalist Reza Deqati açıqlamasında bildirib. Fotoqraf qeyd edib ki, iyunun 4-də minaya düşərək həlak olanların şəhid olduğu ərazidə olarkən şübhəli əşya ilə qarşılaşıb:
“Məni müşayiət edən minaaxtaranlar ilk əvvəl onun mina olduğunu güman etdilər. Lakin sonradan məlum oldu ki, bu, mina deyil”.
Reza Deqati işğaldan azad olunan Kəlbəcər və digər bölgələrdə dəfələrlə mina təhlükəsi ilə rastlaşdığını da vurğulayıb:
“Bu günə qədər bir neçə dəfə mina təhlükəsi ilə qarşılaşmışam. Lakin qeyd etdiyim kimi, yayılan görüntülərdə yaxınlığımda mina olması ilə bağlı yayılan məlumat doğru deyil”.
Xatırladaq ki, R.Deqatinin iyunun 4-də minaya düşərək həlak olanların şəhid olduğu ərazidə olarkən tam yaxınlığında mina aşkarlandığı haqda məlumat yayılmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.