Yəməndə döyüşlərin və hava zərbələrinin həyata keçirildiyi bir ay ərzində qətlə yetirilən və xəsarət alan uşaqların sayı açıqlanıb. Yəməndə martın 26-dan bəri hərbi əməliyyatlar nəticəsində ən azı 115 uşaq öldürülüb, 172 azyaşlı şikəst olub. Bu barədə Cenevrədə BMT-nin uşaqlara yardım fondu YUNİSEF-in (UNİCEF) Yəmən təmsilçisi Julien harneys bildirib. YUNİSEF-in rəsmi nümayəndəsi münaqişədə ən azı 551 dinc sakin həlak olduğunu dilə gətirib. BMT-nin təxmini hesablamalarına görə, 150,000-dən çox insan Yəməndəki zorakılıq nəticəsində köçkün düşüb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə həyata keçirilən koalisiya hücumları Yəməndə bir çox ərazini ələ keçirmiş husi üsyançıları hədəf alıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.