Novruz bayramında qurulan çadırlardan bəziləri səyyar yarmarkalar kimi istifadəyə verilib. Metronun “Elmlər Akademiyası” stansiyasına yaxınlığında qurulan çadırlarda meyvə-tərəvəz satışı həyata keçirilir. Satıcıların dediyinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən bu satış mərkəzində əsasən yerli məhsullar üstünlük təşkil edir. Satıcılar da yaradılan şəraitdən razıdırlar. “Hazırda satış yaxşıdır. Hələlik qiymətlər insanların cibinə münasibdir. Kənd təsərrüfatı məhsulları çeşidi artdıqca qiymətlər də aşağı düşəcək. Bundan həm alıcılar, həm də satıcılar razıdır”, – deyə satıcı Elməddin Hümbətov bildirib. “Əhalini sıx olduğu yerlərdə bu cür yarmarkaların fəaliyyət göstərməsi tədqirəlayiqdir. Belə bir yarmarkalar digər stansiyaların yaxınlığında təşkil olunsa, daha yaxşı olar”, – deyə alıcı Namiq Şirəlibəyov qeyd edib. Kənd təsərüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev şifahi olaraq bildirib ki, bu kimi kiçik çadırlar şəhərin bir sıra mərkəzi ərazilərində qurulacaq. Buradan da sakinlər daha çox bölgələrimizdən gələn yerli məhsulları elə yarmarkadakı satış qiymətinə ala biləcəklər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.