banner
banner

Sağlamlıq

Qatığı yalnız mətbəxdə yox...

Qatığı yalnız mətbəxdə yox...

Qatıq çox faydalı bir qidadır. B12, B6 vitaminləri və kalsiumla zəngin olan qatıq şəfaverici bir qida olaraq istifadə edilir. Qatığın 5 fərqli istifadə qaydasını təqdim edirik.

Qatıqla saçlarınızı daha parlaq və sağlam hala gətirə biləcəyinizi bilirsizmi? Boşqaba bir az qatıq və bir neçə qaşıq bal əlavə edin. Bu qarışımı saçlarınıza sürtüb 30-40 dəqiqə sonra yuyun.

Diş ağartmaq deyərkən ağıla ilk soda gəlir. Ancaq müəyyən fasilələrlə dişlərinizi qatıqla fırçalasanız, dişlərinizin ağardığını görəcəksiz.

Ağız qoxusundan əziyyət çəkənlər də çoxlu qatıq yesin.

Sızanaq və qara nöqtələriniz sizi sıxırmı? Bir kasanın içinə bir az xiyar rəndələyin, bir neçə qaşıq qatıq əlavə edib qarışdırın. İstəsəniz, xiyar yerinə yarım çay qaşığı çobanyastığı yağı da əlavə edə bilərsiz. Bu qarışımı üzünüzə sürtüb 20 dəqiqə saxladıqdan sonra yuyun.

Analar, diqqət! Uşağınız boyalarını yeyirsə, qatıqdan təbii boya hazırlaya bilərsiz. Qatıq və blenderdən keçirilmiş meyvə ilə rəngli boya hazırlamaq olar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.