banner
banner

Dünya

Peruda avtobus dərəyə düşüb, 17 nəfər həlak olub

Peruda avtobus dərəyə düşüb, 17 nəfər həlak olub

Peruda avtobusun dərəyə düşməsi nəticəsində ən az 17 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Erepepe radiostansiyası öz saytında bildirib.

Məlumata əsasən, hadisə Libertad vilayətində baş verib. 33 nəfəri daşıyan avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi 200 metr yüksəklikdən dərəyə düşüb.

Qəza nəticəsində 6 nəfər yaralanıb, onlar xəstəxanalara aparılıb.

Hazırda xilasedicilər itkin düşənlərin axtarışındadır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.