"Bundan sonra ancaq yaxşı xəbərlər gözləyirik. Çünki üçüncü dalğa bəzi ölkələrdə şiddətli keçsə də, ümumilikdə ikinci dalğaya nisbətdə zəif oldu. Bundan sonra dalğaların sönməsini gözləyirik".
Musavat.com xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində həkim Vasif İsmayıl deyib.
O əlavə edib ki, yaxşı xəbərlər gözləməliyik. Səyahət nisbətən rahat olacaq.


