Qazaxstanda prezident seçkiləri qabağı “sükut günü”nə start verildi. Keçirilməsi 26 apreldə nəzərdə tutulan prezident seçkilərindən bir gün əvvəl istənilən seçkiqabağı təbliğata qadağa qoyulub. Qazaxstan prezidenti kürsüsü uğrunda 3 namizəd mübarizə aparacaq. Bunlar hazırki dövlət başçısı Nursultan Nazarbayev, Milli Komunist partiyasından Turqun Sızdıkov və həmkarlar ittifaqı Federasiyası başçısı Abelqazi Kusainovdur. Qeyd edək ki, ölkədə 2016-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq, prezident seçkiləri növbədənkənar keçirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.