banner
banner

Gündəm

Azərbaycanda yüksək vəzifəli şəxsin polis oğlu karantində dəbdəbəli toy edib? - AÇIQLAMA

Azərbaycanda yüksək vəzifəli şəxsin polis oğlu karantində dəbdəbəli toy edib? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin karantin rejiminə əməl etməyərək oğluna toy etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi xəbər saytlarında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavininin karantin qaydalarına zidd olaraq, övladına toy mərasimi keçirməsi barədə həqiqətə uyğun olmayan xəbər yayılıb:

“Qeyd edim ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən bütün qərarların icra edilməsi ilə bağlı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirir, vətəndaşlarla izahedici söhbətlər aparırlar.

İddia edilən məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, Qazax rayonu ərazisində nə toy mərasimi, nə də ki hər hansı məclis təşkil edilməyib. Belə cəhdlərin qarşısı dərhal alınıb və inzibati xəta törədən şəxs barədə tədbir görülüb.

Xatırladım ki, karantin rejimindən irəli gələn mövcud qaydalara görə toy etmək qadağan edilsə də, rəsmi nikaha girməklə ailə qurmaq yasaq deyil. Elə yazıda adı çəkilən cütlük də toy mərasimi təşkil etmədən, məhz rəsmi nigahla ailə qurub”.

Qeyd edək ki, Məmməd Alıyevin oğlu Elnur Alıyev daxili işlər orqanlarında xidmət edir.

Xatırladaq ki, 32gun.news-un yaydığı məlumata görə, M.Alıyevin oğlu karantin qaydalarını pozaraq toy məclisi təşkil edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.