Aktyor Kaan Yıldırım müğənni Hadisə ilə ayrılması haqda iddialara cavab verib.
Axşam.az xəbər verir ki, cütlüyün ayrılma səbəbi kimi iş adamı Reza Zarrab göstərilib. Belə ki, Yıldırım Hadisə ilə bağlı iddiaları dəqiqləşdirmək üçün Ebru Gündeşlə görüşüb. Gündeş keçmiş əri ilə Hadisənin münasibəti haqda Kaana hər şeyi danışıb və buna görə də aktyor münasibətlərinə son qoyub.
Kaan şayiələrə son qoymaq üçün "Münasibətimizin başqaları ilə heç bir zaman əlaqəsi olmadı. Dost kimi yollarımızı ayırdıq. Münasibətimə görə üşüncü bir şəxslə danışmağım mümkün deyil. Bu məsələnin bu yerə yozulması çox incidicidir. Hadisə ilə gözəl münasibət yaşadıq. Amma gəldiyimiz nöqtədə sevgi və hörmətlə dost kimi ayrıldıq" açıqlamasını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.