banner
banner

Dünya

Mourinyo yenə lovğalandı

Mourinyo yenə lovğalandı

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Arsenal" matçı öncəsi qalmaqallı açıqlama verib.
Portuqaliyalı mütəxəssis qarşılaşmadan bir gün öncə təşkil edilən mətbuat konfransında həmkarı Arsen Vengeri rəqib saymadığını söyləyib. Mourinyo rəqiblərinin Venger deyil, "Arsenal" olduğunu diqqətə çatdırıb: "Mənim üçün əhəmiyyətli matçdır. Venger mənim rəqibim deyil. Mənim də çalışdığım şəhərdə böyük bir kluba rəhbərlik edən məşqçidir. "Arsenal" bizimlə eyni hədəfləri daşıyan klubdur", - deyə Mourinyo deyib. 
Qeyd edək ki, Premyer Liqanın ilk yarısında baş tutan matçda Mourinyo və Venger arasında gərginlik yaşanmışdı. Qarşılaşmanın 20-ci dəqiqəsində "Çelsi"li Kehıl sərt müdaxiləyə görə Sançezə reaksiya göstərmişdi. Bu epizoda görə iki komandanın məşqçiləri mübahisə etmiş, daha sonra Venger həmkarını əli ilə itələmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.